Nigeriyada məscidə hücum, 5 nəfər öldü, 40 nəfər girov götürüldü
Nigeriyada silahlı şəxslər Zamfara əyalətində məscidə hücum edib.
Maide.Az TRT-ə istinadla xəbər verir ki, hücum nəticəsində namazqılanlardan beş nəfər öldürüllüb, 40-dan çox insan girov götürülüb. Nigeriya təhlükəsizlik qüvvələri hadisə yerinə gəlib. Faktla bağlı araşdırma aparılır.
Hələlik heç bir qrup hücumun məsuliyyətini üzərinə götürməyib. Lakin Nigeriyada Buko-Haram təkfirçi terror qruplaşması oxşar terror hadisələri törədib.