ABŞ Açıq Səma Müqaviləsindən çıxıb
ABŞ Milli Təhlükəsizlik Şurası ölkənin artıq Açıq Səma Müqaviləsində tərəf olmadığını təsdiqləyib.
SalamNews bu barədə “İnterfaks”a istinadən xəbər verir.
“Bu gün ABŞ-ın açıq səma müqaviləsindən çıxması barədə xəbərdar edilməsindən altı ay keçir. İndi biz artıq Rusiyanın bu illər ərzində kobud şəkildə pozduğu bir razılaşmda tərəf deyilik”, Şuranın twitter-də yayımlanan mesajında deyilir.
ABŞ Milli Təhlükəsizlik Şurasının rəhbəri Robert Obraynın sözlərinə “ABŞ prezidenti milli təhlükəsizliyimiz bahasına rəqiblərin mənafeyinə xidmət edən köhnəlmiş müqavilələrdən və razılaşmalardan çıxaraq Amerikanın maraqlarını birinci sıraya qoymuşdur”.