İslami Cihad: Riyadın Netanyahunu qəbul etməsi Qüdsə və Məkkəyə xəyanətdir

İslami Cihad: Riyadın Netanyahunu qəbul etməsi Qüdsə və Məkkəyə xəyanətdir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fələstin İslami Cihad Hərəkatı Səudiyyə Ərəbistanının Sionist Baş Nazirə ev sahibliyi etməsini qınayaaq, Fələstin xalqına qarşı geniş təcavüz hazırlanması barədə xəbərdarlıq etdi.

İslami Cihad hərəkatı verdiyi açıqlamada İsrail Baş naziri Benyamin Netanyahuya ev sahibliyi edən Səudiyyə Ərəbistanın pislədi.

İslami Cihad Netanyahunun Riyad səfərinin Fələstin xalqına, müsəlman ümmətinə və müqəddəs məkanlara qarşı geniş təcavüzün başlanğıcı olacağını da xəbərdar etdi.

İslami Cihad verdiyi açıqlamada Netanyahunun Səudiyyə Ərəbistanına səfərinin siyasi bir tənəzzül və Qüds, Məkkə, Mədinə və Məscidül-Əqsaya xəyanət olaraq xarakterizə edib.

Açıqlamaya “İslam ümmətinin vacib və müqəddəs məkanlarını qorumaqla bağlı özünü məsuliyyətli iddia edən Ərəbistan kimi bir ölkəyə belə bir səfərin işğalçı İsrail rejimini Fələstin torpaqlarında təcavüzkar və şər siyasətini davam etdirməyə təşviq edəcəyi” də əlavə edildi.

İsrail mətbuatı bazar ertəsi günü Netanyahunun Bazar günü Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ dövlət katibi Mayk Pompeo və vəliəhd Məhəmməd bin Salman ilə görüşdüyünü də yazdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 12 =