Netanyahunun Riyad səfəri Ali-Səudun muzdurluğu və xəyanətinin göstəricisidir

Netanyahunun Riyad səfəri Ali-Səudun muzdurluğu və xəyanətinin göstəricisidir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraq “Nucəba” hərəkatının siyasi bürosunun rəhbəri İsrail Baş nazirinin Səudiyyə Ərəbistanına səfərini Ali-Səud hökmdarlarının xəyanəti kimi qiymətləndirib.

İsrail xəbər mənbələri bu gün (Bazar günü) səhər Netanyahunun Səudiyyə Ərəbistanının Vəliəhdi Məhəmməd bin Salmanla görüşdüyünü bildirdi.

Bu səfər İslam dünyası və ərəb ölkələri rəsmiləri arasında çoxlu sayda qınama və mənfi reaksiya doğurdu.

İraq Nucəba hərəkatının siyasi bürosunun rəhbəri Əli Əl-Əsədi: “İslam Ümmətinin cismi muzdurlar və xəyanətlər nəticəsində məhv edilir.” – deyə bildirib. Əsədi Twitter səhifəsində bu muzdurluq və xəyanətin Ali-Səudun söylədiyi yalanlar və firqəçilik arxasında gizləndiyini yazdı.

Sionist rejimin Baş nazirinin iki müqəddəs ziyarətgahın olduğu ölkəyə səfərini Ərəb hökmdarlarının mənəvi tənəzzülünün göstəricisi kimi xarakterizə etdi.

Görüşdə ABŞ dövlət katibi Mayk Pompeo və İsrail casus agentliyinin (Mossad) rəhbəri Yossi Kohen də iştirak etdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − sixteen =