Nikaraquada yük avtomobili dərəyə aşıb, 16 nəfər ölüb

Nikaraquada yük avtomobili dərəyə aşıb, 16 nəfər ölüb

Nikaraquanın şimalında yük maşınının dərəyə aşması nəticəsində azı 16 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Prensa Latina” agentliyi məlumat yayıb.

Hadisənin Vaslala vilayətində baş verdiyi qeyd edilir. Yol qəzasında 25 nəfər yaralanıb.

Yaralıların hamısı yerli xəstəxanalara yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəzaya yük maşınının əyləc sistemində yaranan nasazlıq göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 20 =