Britaniya Səudiyyə rejiminə və BƏƏ-yə silah satışını dayandırmalıdır

Britaniya Səudiyyə rejiminə və BƏƏ-yə silah satışını dayandırmalıdır

İki beynəlxalq insan haqları təşkilatı Britaniyanı Yəməndə aparılan müharibəyə görə, Səudiyyə rejimi və BƏƏ-yə silah ixracatını dayandırmağa çağırib. SAM insan haqları təşkilatı və Sülh və Demokratiyanı Müdafiə Təşkilatı Britaniyanın beynəlxalq təşkilatların Əbu Dabi və Ər-Riyada silah satışını dayandırma tələblərinə qulaq asmasını tövsiyə edib.

“Deyerler.org”un islamnews.ru-ya istinadən verdiyi xəbərə görə, məruzədə deyilir ki, 2010-2019-cu illər arasında Səudiyyə rejimi Britaniyanın ümumi silah ixracatının təxminən 41%-ni təşkil edib. Məruzədə eyni zamanda Britaniyanın Səudiyyə rejiminə Yəməni bombalamağa başladığı gündən etibarən hərbi silah ixracatının ümumi dəyərinin 16 milyard funt sterlinqdən çox olduğu qeyd edilir. Hər iki insan haqları təşkilatı BƏƏ-yə silah satışından danışaraq, Əbu-Dabinin Yəmən müharibəsində hərbi baxımdan daha aktiv olduğunu söyləyib, belə ki, Səudiyyə rejiminin koalisiyasının ön xəttindəki hava hücumlarının əksəriyyəti Əbu-Dabi tərəfindən həyata keçirilir. Məlumata görə, Yəmənin bombardman edilməsində Britaniyanın BƏƏ-yə hərbi silah ixracatının dəyəri 715 milyon funt sterlinq olaraq qiymətləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + fourteen =