Korona ilə mübarizə meydanında 150 min bəsici tələbə iştirak edir (Foto+Video İzlə)

Korona ilə mübarizə meydanında 150 min bəsici tələbə iştirak edir (Foto+Video İzlə)

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Bəsici Tələbə Təşkilatının rəhbəri korona ilə mübarizədə 150 min bəsici din xadiminin geniş fəaliyyətinə toxunaraq dedi: “Koronavirus səbəbi ilə vəfat edən şəxslərə qüsl verib kəfənləmək üçün Bəsici tələbələrin fəaliyyətə keçməsi unudulmaz bir fədakarlıq idi.”

Koronanın yayılması ilə bu Bəsic qrupu bir çox qurumun öhdəsindən gələ bilmədiyi müxtəlif fəaliyyətlərə başladı və bərabərlik, yardımlaşma nümayiş etdirərək maska istehsalı və sair kimi məsələləri həll etməklə yanaşı, koronadan ölənləri dəfn etmək işləri ilə məşğul oldu

Tələbə Bəsici Təşkilatının rəhbəri Höccətül-İslam Qulamrza Şəfizadə:

“Hər il Bəsicin müxtəlif bölmələri Bəsic həftəsi ərzində müəyyən proqramlar həyata keçirirdilər, lakin bu il koronanın yayılması səbəbindən vəziyyət fərqli oldu və konfranslar, təbliğatçıların göndərilməsi, təlim proqramlarının həyata keçirilməsi mümkün olmadı.” – deyə öz müsahibəsində bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − 9 =