İnqilabın Lideri: Bir dəfə sanksiyaları aradan qaldırmağa çalışdıq, amma nəticəsi olmadı

İnqilabın Lideri: Bir dəfə sanksiyaları aradan qaldırmağa çalışdıq, amma nəticəsi olmadı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Ayətullah Xamenei sanksiyaların aradan qaldırılmasının “sanksiyaları təsirsiz hala gətirmək və onları aradan qaldırmaq” və “sanksiyaları ləğv etmək” kimi iki metodu olduğunu vurğulayaraq əlavə etdi: “Əlbəttə ki, sanksiyaların qaldırılması yolunu bir dəfə sınadıq və bir neçə ildir danışıqlar apardıq, lakin bir nəticəyə gəlmədik.”

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei, bu gün səhər (çərşənbə axşamı), ölkənin iqtisadiyyatı üçün zəruri olan dörd məsələyə işarə edərək büdcə kəsirinin həlli, sərmayələrin artırılması, istehsal artımı və aztəminatlılara dəstək mövzusuna toxunub.

İslam İnqilabının Rəhbəri sanksiyalar məsələsini acı bir gerçəklik və ABŞ-ın və avropalı ortaqlarının İran millətinə qarşı törətdikləri cinayət kimi qeyd edərək buyurdu: “Bu cinayətlər uzun illər İran millətinə qarşı törədilib, lakin son üç ildə daha da şiddətlənib.”

İslam İnqilabının Ali Rəhbəri sanksiyaların aradan qaldırılması və təsirsiz hala gətirilməsi yoluna toxunaraq buyurdu: “Bu yolun başlanğıcında çətinliklər və problemlər ola bilər, ancaq sonu xoşbəxtlikdir.”

Ayətullah Xamenei işarə etdi: “Əgər səy və təşəbbüslə və problemlərdən qorunaraq sanksiyaların öhdəsindən gələ bilsək və qarşı tərəf sanksiyaların təsirsiz hala gəldiyini görsə, sanksiyaları tədricən ləğv edəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − five =