Liberiyada Quran fəaliyyətləri üçün yeni İslam Mərkəzi tikilir

Liberiyada Quran fəaliyyətləri üçün yeni İslam Mərkəzi tikilir

Liberiya müsəlmanları bu ölkənin Bassa şəhərinin Paynesville rayonunda Qurani, dini və mədəni fəaliyyətlər üçün yeni İslam Mərkəzi tikirlər.

Yeni tikilən İslam Mərkəzi “Müttəhid Ümmət Came Məscidi” (United Dawah Umah Islamic Center) və Quran mədrəsəsini ehtiva edəcək.

Qeyd edək ki, yeni tikilən İslam Mərkəzi bundan öncə yanğın nəticəsində yararsız hala düşmüş mərkəzin fəaliyyətlərini davam etdirəcək. Bundan öncəki mərkəz 2019-cu ilin Sentyabr ayının 18-də yanmış və hadisə zamanı 2 müəllim və 27 şagird ölmüşdü.

Liberiya prezidentinin İslami İşlər üzrə müşaviri Osman Jalloh yeni İslami Mərkəzin tikinti xərclərinin Qətər dövləti tərəfindən ödəndiyini deyib.

Iqna.ir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 11 =