1967-ci ildən bəri 15000-dən çox fələstinli qadın həbs edilib

1967-ci ildən bəri 15000-dən çox fələstinli qadın həbs edilib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fələstinli Əsirlər Üzrə Araşdırma Mərkəzi bildirir ki, 1967-ci ildən bəri 15 mindən çox fələstinli qadın Sionist rejim tərəfindən həbs edilib.

Fələstinli Əsirlər Üzrə Araşdırma Mərkəzinin direktoru Riyad Əl-Əşqər Sionist rejimin 1967-ci ildən bəri 15000-dən çox, 2000-ci ildən bəri isə yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, təxminən 2250 Ffələstinli qadını həbs etdiyini söylədi. Onlar arasında azyaşlılar, xəstə və qocalar da var.

Əl-Əhdə istinadən, Sionist rejim Qüdsü və Məscidi-Əqsanı müdafiə etmək üçün 2015-ci ilin Oktyabr qiyamından sonra qadınları həbs etmə siyasətini gücləndirdiyi və İsrail həbsxanalarında hələ də 39 qadının olduğu bildirilir. Bunlardan 14-ü onlarla uşağın anasıdır və bir sıra tələbə və Fələstin Qanunvericilik Şurasının nümayəndələri də bunlar arasındadır.

Açıqlamada Sionist rejimin qadınları həbs etmək üçün müxtəlif məsələlərdən, o cümlədən, sosial mediada rejimə qarşı təxribat xarakterli məqalələr yazmaq, müqavimət əməliyyatları həyata keçirmək niyyətində olmaq və ya Məscidül-Əqsanın müdafiəsində iştirak etmək ittihamlarından istifadə edildiyi bildirilir.

Riyad Əl-Əşqər daha sonra Damun həbsxanasındakı qadın məhbusların çətin və qeyri-insani bir şəraitdə olduğunu və Sionist rejimin onları müalicə və ailələrini ziyarət etmək də daxil olmaqla bütün hüquqlarından məhrum etdiyini söylədi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 6 =