BƏƏ aviaşirkəti İsrailə ilk birbaşa uçuşuna başladı

BƏƏ aviaşirkəti İsrailə ilk birbaşa uçuşuna başladı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aviaşirkəti “Flydubai” bu gün BƏƏ-dən İsrailə ilk birbaşa uçuşunu həyata keçirib.Bu barədə “Al Arabiya” telekanalı məlumat verib.

Daha əvvəl bir açıqlamada göstərildiyi kimi, aviaşirkət Dubay-Təl-Əviv marşrutu ilə həftədə 14 uçuş həyata keçirəcək. BƏƏ-dən İsrailə səyahət təxminən 3 saat davam edəcək.

Qeyd edək ki, hal-hazırda “Flydubai” BƏƏ-də İsrailə birbaşa uçuşlar təklif edən yeganə aviaşirkətdir.

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 14 =