İraqlı deputat parlamentin hökumətə təzyiq etməsini istədi

İraqlı deputat parlamentin hökumətə təzyiq etməsini istədi

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Parlamentində təmsil olunan “Əl-Fəth” koalisiyasiyasının üzvü Fazil Cabir ABŞ ilə bağlı növbəti dəfə açıqlama verib.

Millət vəkili açıqlamasında vurğulayıb ki, Parlament ABŞ əsgərlərinin İraqdan çıxarılması üçün qərarı tətbiq etməlidir.

“Qərarın tətbiqini hökumət gecikdirir. Parlament bu istiqamətdə hökumətə təzyiq etməlidir”, – deyə Fazil Cabir diqqətə çatdırıb.

O, açıqlamasında qeyd edib ki, Ağ Evdə siyasi vəziyyət dəyişdiyi bir vaxtda bu fürsətdən yararlanmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × three =