Ali-Səudun şiələrə qarşı vəhşiliyi davam edir
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Vasim Ən-Nimr, Nabil Əl-Yasin və Zəki Əbu Əbdillah adlı gənclər 22 və 23 Noyabrda Səudiyyə ünsürləri tərəfindən həbs edilib. Xəbər mənbələri Ali-Səud rejiminin Səudiyyə şiələrinə qarşı ölkənin müxtəlif bölgələrində vəhşilik siyasətini davam etdirdiyini və şiələrin qanunsuz olaraq həbs olunduğunu bildirdi.
Səudiyyə hərbi və təhlükəsizlik ünsürləri Səudiyyə rejiminin zülmünə etiraz edən bölgə xalqının müqavimətini və iradəsini qırmaq üçün heç bir qanuni əsas gətirmədən, davamlı məzhəb hücumları siyasətinin bir hissəsi olaraq şiələr yaşayan Qətif bölgəsinə hücum etdilər.
Son iki ayda Səudiyyə kəşfiyyat xidməti, zirehli maşınlar kimi hərbi texnika istifadə edərək şiddətli əməliyyatlarda onlarla şiə gənci həbs etdi.
Bu tarixdə Səudiyyə Ərəbistanı xüsusi təyinatlıları Əl-Avamiyyə şiələrinin yaşadığı bölgəyə hücum etdilər və heç bir qanuni order və icazə olmadan bir çox sakini həbs etdilər.
Şərqi Səudiyyə Ərəbistanı, haqsızlığa və sərvətin haqsız paylanmasına etiraz olaraq 2011-ci ildən bəri Ali-Səud rejiminə qarşı etirazlara səhnə oldu. Etirazçılar bütün siyasi məhbusların sərbəst buraxılmasını, ifadə və toplanma azadlığını və geniş yayılmış ayrı-seçkiliyin sona çatmasını tələb edirlər.
Səudiyyə rejimi müxalifətin və etirazçıların yaşayış sahələrini məhv edərək praktik olaraq onları yaşamaq hüququndan məhrum etdi. Ali-Səudun ölkənin şiə bölgələrindəki demoqrafik və coğrafi dəyişiklikləri gücləndirməsi ictimai narahatlığa səbəb oldu.