Yəmən təklif etdi: Səudiyyə Ərəbistanındakı Həmas məhbuslarının sərbəst buraxılması qarşılığında Səudiyyə məhkumları sərbəst buraxılsın

Yəmən təklif etdi: Səudiyyə Ərəbistanındakı Həmas məhbuslarının sərbəst buraxılması qarşılığında Səudiyyə məhkumları sərbəst buraxılsın

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Yəmən Hərbi Məhbuslar Komitəsinin üzvü, komitənin bir neçə Səudiyyə əsirini Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) məhbusları ilə mübadilə etməyə hazır olduğunu açıqladı.

Əl-Məyadin xəbər saytının verdiyi məlumata görə, komitə əsir götürülmüş Səudiyyə pilotlarını Riyad tərəfindən tutulan Həmas üzvləri ilə dəyişdirməyə hazırdır.

Bundan əvvəl Yəmən müharibəsinin beşinci ildönümü münasibətilə bir çıxışında Yəmən Ənsarullah Hərəkatının rəhbəri Əbdül Malik Əl-Husi Sənanın Həmas məhbuslarının sərbəst buraxılması müqabilində bir pilotu və dörd Səudiyyə zabitini sərbəst buraxmağa hazır olduğunu bildirdi.

Ənsarullahın sözçüsünün dediklərindən sonra Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) Ənsarullah liderinin Səudiyyə Ərəbistanındakı Həmas məhbuslarını azad etmək müqabilində bir neçə Səudiyyə məhbusunun sərbəst buraxılması təşəbbüsünü alqışladı.

Həmas Ənsarullah liderinin Fələstin xalqı ilə qardaşlıq və rəğbət ruhiyyəsi və müqavimət dəstəyi, həmçinin, belə bir planı üçün təşəkkürünü bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =