Kanadada atışma baş verib, ölən və yaralananlar var
Kanadanın Ontario əyalətində polislərlə cinayətkar arasında atışma baş verib.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, Kavarta-Leyks şəhərində baş verən atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. İnsident nəticəsində ölən şəxsin uşaq olduğu bildirilir.
Xəsarət alanlardan birinin polis əməkdaşı, digərinin isə cinayətkarın olduğu qeyd edilir. Məlumata əsasən, cinayətkar polislər tərəfindən saxlanılıb.
Hazırda insidentlə bağlı araşdırma aparılır. Digər təfərrüatlar barədə məlumat verilmir.