Fələstinlilər Qüdsdən çıxarılır

Eastnews.org-un verdiyi xəbərə görə, işğal altındakı Qüds şəhərinin Səlvan qəsəbəsinin Batn əl-Hava məhəlləsində yaşayan fələstinlilərin xaric edilməsi barəsində qərar qəbul olunub.
Bu barədə İsrail rejimi məhkəməsinin qərarı açıqlanıb.
Bildirilir ki, sözegedən fələstinlilərin sayı 87 nəfərdir və qərar icra olunacaq.
Fələstin Muxtariyyəti rəhbərliyi hadisə ilə bağlı mövqeyini ictimaiyyətə hələ açıqlamır.