Fələstinli məhbus: Seyid Həsəndən sionistlərlə heç vaxt danışıq aparmamağı öyrəndim

Fələstinli məhbus: Seyid Həsəndən sionistlərlə heç vaxt danışıq aparmamağı öyrəndim

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Mahir Əl-Əxrəs sərbəst buraxıldıqdan sonra, müqavimət və danışıqlar aparmamağı Livan Hizbullahının Baş katibindən öyrəndiyini və Sionist rejim üzərində qazandığı zəfərin sirrinin bunda olduğunu açıqladı.

Cümə axşamı günü İsrail nəzarətindən azad edilən fələstinli məhbus Mahir Əl-Əxrəs Livan müqavimətindən və Baş katibindən sərbəst buraxılması üçün Sionist rejimlə danışıqlara girməməyi öyrəndiyini söylədi.

Əlavə etdi: “Mən bunları 2000-ci ildə aparılan danışıqları qəbul etməyən və qalib gələn Livan Hizbullah müqavimətindən öyrəndim və indi dünyada heç bir təzyiq Hizbullahı danışıqlara, işğalçı rejimə müqavimət göstərməməyə məcbur edə bilməz.”

Həmas İslami Müqavimət Hərəkatının sözçüsü Hazim Qasim onun sərbəst buraxılmasından sonra bunları söylədi: “Məqsədləri və istəkləri reallaşana qədər fələstinlilərin gücünün, səbrinin və əzminin mükəmməl bir nümunəsini təqdim edən Mahir Əl-Əxrəsi Sionist həbsxanadan çıxması münasibətilə təbrik edirik.”

Fələstinin Qurtuluş Xalq Cəbhəsi, Fələstinli əsirlərin sərbəst buraxılıncaya qədər dəstəklənməsi üçün mübarizənin milli hərəkat və müqavimət qruplarının gündəmində olmasının zəruriliyini vurğuladı.

Sionist rejim tərəfindən nəzarətə alınan Mahir Əl-Əxrəs günahsız həbs olunmasına etiraz olaraq aclıq aksiyası keçirdi və 90 gün sonra Sionist rejimi öz tələbini qəbul etməyə məcbur etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − one =