Rusiyada fərdi yaşayış evində 2 nəfər yanaraq ölüb
Rusiyanın Kaluqa vilayətində fərdi yaşayış evi yanıb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yanaraq dünyasını dəyişib.
Regional Təcili xidmətin yaydığı məlumata görə, hadisə Suxiniçi şəhərinin 8 Mart küçəsində baş verib.
Evin 40 kvadratmetr ərazisini əhatə edən yanğın söndürülüb.