Səudiyyə rejim qüvvələri yenidən Qətifə hücum edib, onlarla şiə gənc həbs olunub
Ali Səud rejim təhlükəsizlik qüvvələri Əhli-beyt (ə) ardıcıllarının yaşadığı Qətif bölgəsinə yenidən hücum edib.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Səudiyyə rejim qüvvələri Əvamiyyə bölgəsində vətəndaşların evlərinə basqın edib və onlarla gənci həbs edib.
Məlumata görə, ötən iki ay ərzində Ali Səud rejim qüvvələri dəfələrlə Əvamiyyə bölgəsində evlərə basqın edib. Hücumlar nəticəsində müxtəlif bəhanələrlə , heç bir ittiham irəli sürmədən çox sayda gənc saxlanılıb və naməlum istiqamətlərə aparılıb.
Iqna.ir