Ənsarullah: “Səudiyyə rejimini heç bir qüvvə qoruya bilməz”

Ənsarullah: “Səudiyyə rejimini heç bir qüvvə qoruya bilməz”

Yəmənin Ənsarullah hərəkatının sözçüsü nə Amerikanın, nə Britaniya silahlarının, nə də başqa bir gücün təcavüzkar Səud rejimini qoruya bilməyəcəyini söyləyib. Məhəmməd Əbd Səlam “tweeter” səhəifəsində Səudiyyə rejiminin itirilmiş təhlükəsizliyini, yalnız Yəmənə təcavüzünü dayandıracağı və mühasirəni götürəcəyi təqdirdə bərpa edə bilcəyini yazıb.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, ötən həftə Yəmən ordusu Səudiyyə rejiminin Ciddə şəhərindəki “Aramco” neft emalı zavoduna “Qüds 2” raketi atıb. Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sarı hücumun Səudiyyə rejiminin dərinliklərində genişmiqyaslı əməliyyat keçirmə vədinin bir hissəsi olaraq, Yəmənin davam edən təcavüz və mühasirəsinə cavab olaraq edildiyini söylədi. “Aramco Oil Company” şirkərinin Ciddədəki neft obyektlərinə raket zərbəsindən qəzəblənən Səudiyyə rejiminin koalisiyası Yəmənin paytaxtı Sənanın müxtəlif bölgələrini bombalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + 4 =