İraqda neft borusuna raketlə hücum etdilər

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Səlahəddin vilayətinin Bəyci qəsəbəsində yerləşən əs-Siniyə neft boru xəttinə raket hücumu reallaşdırılıb.
Bu barədə Bəyci Polis İdarəsindən məlumat verilib.
Məlumatda vurğulanır ki, baş tutan hücum zamanı yanğın baş verib və hadisə yerinə mülki yanğın söndürmə qurumunun əməkdaşları cəlb olunublar.
Hücumu kimin reallaşdırması məlum olmadığı üçün bölgədə geniş miqyaslı əməliyyat axtarış tədbirlərinə start verilib.