Xankəndi hava limanı barədə VACİB AÇIQLAMA – Yaxın 10 gündə…

Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri Xankəndi hava limanından istifadə etməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ria-Novosti” agentliyinə hökumətdəki mənbələrdən məlumat verilib.
Bildirilir ki, Xankəndi hava limanından Qarabağdakı Rusiya humanitar mərkəzlərinə tədarük etmək üçün istifadə ediləcək.
Mənbənin verdiyi məlumata görə, Xankəndi hava limanı dekabrın ilk ongünlüyündə fəaliyyətə başlayacaq.