Pakistan Ordusu: Hökümətin İsrailin tanınmamasına dair mövqeyini dəstəkləyirik

Pakistan Ordusu: Hökümətin İsrailin tanınmamasına dair mövqeyini dəstəkləyirik

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Pakistanın bir hərbi sözçüsü hökumətin İsrailin tanınmamasına dair mövqeyini dəstəklədiyini söylədi.

Pakistan Ordusu sözçüsü General Babir İftixar ordunun hökumətin İsrailin tanınmamasına dair mövqeyini tamamilə dəstəklədiyini söylədi.

Onun sözlərinə görə, İsrailin tanınması ilə bağlı fərziyyələr doğru deyil və bu cür açıqlamalar zəif və əsassızdır.

Son həftələrdə İsrailin tanınması üçün Pakistana xarici təzyiqlərlə bağlı fərziyyələr var idi, lakin Pakistan Baş naziri və Xarici İşlər Nazirliyi bu iddiaları açıq şəkildə təkzib etdilər.

İmran Xan, Fələstin məsələsinə ədalətli bir həll tapılmasa, hökumətinin İsraili tanımayacağını söyləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =