Məğribdə Sionist rejimin bayrağı yandırıldı

Məğribdə Sionist rejimin bayrağı yandırıldı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Faslılar Fələstinlə Beynəlxalq Həmrəylik Günü münasibətilə Fələstinlə keçirilən nümayişində Sionist rejimin bayrağını yandırdılar.

Məlumata görə, Fas xalqı “Rabat”da – bu ölkənin parlamenti qarşısında Fələstinlə Beynəlxalq Həmrəylik Günü münasibətilə bir mitinq keçirərək Sionist rejimin bayrağını yandırdı.

Əl-Qüdsul-Ərəbi qəzetinin verdiyi məlumata görə, 54 təşkilatın dəvəti ilə təşkil olunan mitinqdə müxtəlif təbəqələrdən olan siyasi və mülki şəxslər iştirak edib.

İştirakçılar Sionist rejimin Fələstin xalqına və ziyarətgahlarına, xüsusən də Müqəddəs Qüdsə qarşı cinayətlərini qınadılar. Sionist rejimlə münasibətlərin normallaşmasını pisləyən şüarlar da səsləndirdilər və bu hərəkətin Fələstin məsələsinə xəyanət olduğunu və xalqına arxa çevirməklə bir xəncər saplanıldığını vurğuladılar.

Digər tərəfdən, Məğrib Kralı VI Məhəmməd Fələstinlə Beynəlxalq Həmrəylik Günü münasibətilə bir mesaj yayaraq Fələstin məsələsinin Qərbi Asiya bölgəsində qalıcı və hərtərəfli həll yolunun açarı olduğunu bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − five =