Tramp seçkilərdən sonra 170 milyon dollar ianə toplayıb

Tramp seçkilərdən sonra 170 milyon dollar ianə toplayıb

BŞ Prezidenti Donald Tramp seçkilər başlayan gündən indiyə qədər 170 milyon dollar ianə toplayıb.

İnterAz gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə “ABCnews”a mənbədən məlumat verilib. 

Məlumata görə, pul toplama metodlarından biri Trampın qərargahından seçkilərdə  saxtakarlıqların olduğu və “seçkiləri qorumaq üçün” fonda dəstək təkliflərinə dair elektron məktublar olub.

“Atam poçtla səs verməyin problem yaradacağını söyləyərkən yüz faiz haqlı idi. Biz ədalətli, açıq seçkilərə layiqik”, deyə “ABC” Trampın oğlu tərəfindən imzalanan məktublardan birindən sitat gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =