ABŞ Bağdaddakı bir sıra səfirlik işçilərini müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırır

Sizinyol xarici mediaya istinadən xəbər verir:
CNN kanalı Cümə axşamı günü üç məlumatlı mənbəyə istinadən, ABŞ-ın General Qasim Süleymaninin öldürülməsinin ildönümü ərəfəsində İranın qisas qorxusundan Bağdaddakı bir sıra səfirlik işçilərini müvəqqəti uzaqlaşdırdığını bildirdi.
Məlumata əsasən, bu qərar çərşənbə axşamı ABŞ Milli Təhlükəsizlik Şurasının Siyasi Koordinasiya Komitəsinin iclasında verilib.
Başqa bir məlumata görə, bu işçilərin çıxarılması 3 yanvar ərəfəsində baş verəcək. Bu prosesin ehtimal ki, yanvar ayının ortalarına qədər davam edəcəyi gözlənilir. ABŞ rəsmisi CNN-ə İran rəsmilərinin qisas almaq istədiklərini və “geri çəkilməyəcəklərini”, lakin ABŞ-ın iranlıların tələsmədiklərini bildiyini söylədi.
4 dekabr 2019-cu il, Cümə günü, General Qasim Süleymani Bağdad Hava Limanında amerikalılar tərəfindən şəhid edildi. Bu hücumda onunla birlikdə İraq Həşdi Şəbi qüvvələrin komandanının müavini Əbu Mehdi Əl-Mühəndis və bir sıra iraqlı döyüşçülər də şəhid oldu.
Hücum ABŞ Prezidenti Donald Trampın birbaşa əmri ilə həyata keçirilib.