ABŞ İraq hökumətinə məlumat vermədən Eynül-Əsəd bazasında əsaslı dəyişikliklər edir

Sizinyol xarici mediaya istinadən xəbər verir:
İraqlı bir mənbə ABŞ qüvvələrinin İraq hökumətinə xəbər vermədən uçuş zolağındakı Eynül-Əsəd hərbi bazasının strukturunda böyük dəyişikliklər etdiyini bildirdi.
Qoşunlarının ehtiyaclarına uyğun olaraq həyata keçirilən əsaslı dəyişikliklər Amerika qüvvələrinin bu bazadan geri çəkilməsinin hal-hazırda mümkün olmadığını göstərir. Bu, bəzi Amerika rəsmilərinin İraqdan çıxmaqla bağlı verdikləri açıqlamalarla ziddiyyət təşkil edir.
Keçən ilin yanvarında İraq parlamenti ABŞ-ın General Hacı Qasim Süleymani və İraq Həşdi Şəbi qüvvələri komandanınnı müavini Əbu Mehdi Əl-Mühandisin şəhid edilməsi ilə bağlı cinayətkar hərəkətindən sonra, ABŞ əsgərlərinin İraqdan çıxarılması qərarını təsdiqlədi.
2014-cü ildə beynəlxalq koalisiya qüvvələri ünvanında 5000 ABŞ əsgəri İraq hərbi bazalarına yerləşdirilmişdi.