Fransada məscidə hücum – VİDEO

Fransada məscidə hücum – VİDEO

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ötən gün səhər saatlarında Paris yaxınlığında yerləşən Bretenyi-sur-Orj kommunasındakı məscid təhqir edilib.

Şəhər meri Nikolya Meari məlumat verib ki, naməlum şəxs avtomobillə məscidin darvaza və giriş qapısını dağıdıb. İçəri daxil olan şəxslər içəridə odsöndürəni tozlandırıblar.

İnsident nəticəsində heç kəsin xəsarət almadığı qeyd edilir. Araşdırma aparılır.

Mer bildirib ki, məscidə hücumda istifadə edilən avtomobilin qonşu ərazidə yandırılmış halda tapıldığı ehtimal edilir.

“Ouest France” qəzetinin məlumatına görə, məscidə soxulmuş şəxslər işdən qayında yerli sakinlərdən biri onları gördükdə qaçıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − 4 =