Fransa DİN rəhbəri: Ölkədə 76 məsciddə reyd keçiriləcək

Fransa DİN rəhbəri: Ölkədə 76 məsciddə reyd keçiriləcək

Fransa Daxili İşlər Naziri Jerald Darmanen polisin ölkədəki 76 məscidə basqın etmək niyyətində olduğunu, bəzilərinin bağlana biləcəyini bildirib.

İnterAz xəbər verir ki, Darmanen bu barədə “Twitter”də yazıb. O qeyd edib ki, məscidlərə reydlər onun şəxsi təlimatı əsasında həyata keçiriləcək.

Darmanenin paylaşdığı “Le Figaro”nun məqaləsində Paris və ətrafında 16 məscidin fəaliyyət göstərdiyi qeyd edilir.  Ümumilikdə 18 məscidin bağlanması müzakirə olunur.

Darmanen bələdiyyə başçılarına müvafiq təlimat göndərib.

Darmanen son üç ildə Emmanuel Makronun prezidentliyi dövründə Fransada 43 məscidin bağlanıldığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 4 =