Səudiyyə Ərəbistanının Məribə hücumunda çoxlu sayda Mənsur Hadi qüvvələri öldürülüb

Səudiyyə Ərəbistanının Məribə hücumunda çoxlu sayda Mənsur Hadi qüvvələri öldürülüb

Sizinyol xaric imediaya istinadən xəbər verir:

Səudiyyə Ərəbistanının Yəmənin mərkəzi Mərib vilayətindəki bir əraziyə hava hücumu nəticəsində Mənsur Hadiyə bağlı çoxlu qüvvələr öldürüldü və yaralandı.

Əl-Məyadin xəbər şəbəkəsi, cümə günü səhər Səudiyyə koalisiyasının Rəqvan bölgəsindəki hücumunda Mənsur Hadiyə və və İslahat partiyasına mənsub qüvvələrin öldüyünü və yaralandığını bildirdi.

Yerli mənbələr Məribdə Səudiyyə Ərəbistanına bağlı Tədavin bazasında güclü bir partlayış səsi eşidildiyini söylədi.

Mənsur Hadinin qüvvələri Səudiyyə koalisiyası tərəfindən səhvən hədəf alınıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirlə birlikdə sabiq Prezident Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsi ilə 2015-ci ilin aprelindən bəri fəqir Yəmən ölkəsinə təcavüz edir.

Son altı ildə Səudiyyə koalisiyasının Yəməndəki hücumlarında minlərlə insan öldürüldü və BMT təşkilatı bu ölkədəki fəlakəti əsrin ən ağır humanitar faciəsi adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × four =