Sionistlərin atəşi nəticəsində bir neçə Fəth rəsmiləri yaralanıb

Sionistlərin atəşi nəticəsində bir neçə Fəth rəsmiləri yaralanıb

Sizinyol xaric mediaya istinadən xəbər verir:

Fələstinlilərin İordan çayının qərb sahilində şəhərsalmaya qarşı yürüşündə Sionist silahlıların atəş açması nəticəsində Fəth hərəkatı rəsmiləri də daxil olmaqla bir çox insanı yaralandı.

İsrail əsgərləri işğal olunmuş Fələstin ərazilərindəki etiraz mitinqi zamanı çox sayda fələstinli nümayişçini yaraladı.

Livan Əl-Məyadin şəbəkəsi, Cümə axşamı günü Fələstinin Nablus şəhərindəki müxbirinə istinadən, Fəth hərəkatının mərkəzi komitəsinin üzvü Mahmud Əl-Alul və “Maneə Divarına Qarşı Müqavimət” heyətinin rəhbəri Vəlid Əsafın da yaralandığını bildirdi.

Əl-Məyadin müxbiri Fəth hərəkatı katiblərinin bu qarşıdurmada “Sələfit”, “Nablus” və “Cənin” bölgəsində yaralandıqlarını deyib. Bu ərazilər İordan çayının qərb sahilindədir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə görə bu ərazidə hər hansı bir məskunlaşma qanunsuzdur.

Sionist rejim son bir neçə on ildə bu qətnamələrə məhəl qoymadan bölgədəki sionist yaşayış məntəqələrini genişləndirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + eighteen =