ABŞ admiralı: “İranın cavab zərbəsi qaçılmazdır”

Təqaüdə çıxmış dörd ulduzlu ABŞ admiralı Vilyam Makreyven bildirib ki, İranın nüvə fizikası alimi Möhsün Fəxrizadənin İsrail rejimi tərəfindən öldürülməsindən sonra, İranın cavab zərbəsi qaçılmaz olacaq.
Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, SEAL və ABŞ Xüsusi Əməliyyat Komandanlığının sabiq komandiri Makreyven ABC News-a verdiyi müsahibəsində bunları deyib: “İran, bilirsiniz, ya İsrail rejiminin bu hücumdan məsuliyyət daşıdığını bilir ya da şübhələnir.
İranlılar noyabrın 27-də Tehran yaxınlığında baş verən terror aktına görə, ya ABŞ-a, ya da İsrail rejiminə qarşı qisas almaq məcburiyyətində qalacaq. Bundan başqa heç bir yol görmürəm.
Bəs indi sual yaranır, bu qisas necə görünür? Bu bölgədəki problemləri artırmağa başlayır? Bu heç kim üçün yaxşı olmayacaq”.
İranın nüvə proqramının əsas simalarından biri olan Fəxrizadə noyabrın 27-si Tehranın Dəmavənd bölgəsinin Absərd məntəqəsində avtomobilinə silahlı hücum nəticəsində şəhid olub.