ABŞ təyyarəsi göydə alışdı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 bombardmançı təyyarəsi Böyük Britaniya üzərində uçuşu zamanı mühərriklərindən birində alışma baş verib.
Axar.az xəbər verir ki, bu barədə “Ekspress” qəzeti yazıb.
Mühərriklərdən biri sıradan çıxdıqdan sonra B-52 krallığın HHQ bazasına eniş etmək üçün yanacağı boşaltmağa başlayıb.
Təyyarə Vuster və Qlosterşir şəhərləri üzərində 2 saatdan çox dövrə vurub.