Yəmənin baş naziri: “Sionist cəbhə ilə mübarizə həlledici mənaya malikdir”
Yəmən Milli Qurtuluş Hökumətinin baş naziri Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiyanın əslində Amerika sionist maraqlarını təmin etmək üçün bir vasitə olduğunu vurğulayıb. Əbdüləziz bin Habtur verdiyi müsahibəsində ABŞ-ın Yəməndəki səfiri Kristofer Hanselin, Yəmənin şərq hissəsində işğal altındakı Əl-Mahra əyalətinə səfərini pisləyərək, bunun Səudiyyə rejiminin mövcudluğunun əsas səbəblərini göstərən təxribat xarakterli olduğunu söyləyib.
“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, Habtur bildirib ki, Səudiyyə rejimi Əl-Mahra əyalətində təsirə malikdir, çünki ABŞ əsgərlərinin gəlməsinə hazırlaşır.
Yəmənin baş naziri Yəmən xalqının bu işğalı tanımadığını, Hadramaut və Əl-Mahra vilayətlərindəki işğal layihələrinin mərkəzinin, bölgədəki sionist layihə olduğunu vurğulayıb. Baş nazir bunların, Sokotra və Muon adalarında kəşfiyyat bazalarının yaradılmasında ilk sütunlar olduğunu vurğulayıb.
Habtur Fars körfəzi ilə həmsərhəd olan ölkələrin münasibətləri normallaşdırmaq üçün alçaldıcı müqavilələr bağlayaraq, müqavimət cəbhəsinə qarşı koalisiya və sionist rejimlə ortaq cəbhə yaratmağa çalışdıqlarını qeyd edib. 2017-ci ilin noyabrında Səudiyyə rejiminin təcavüzkarları hava limanını və vilayətin digər bölgələrini hərbi bazaya çevirmək niyyəti ilə Əl-Mahra vilayətini işğal etdi. Əl-Mahra əyalətinin sakinləri dəfələrlə Səudiyyə rejiminin işğalçılarının və onlarla əlaqəli muzdluların vilayətdə olmasını pisləyib.