Əfqanıstanda polis idarəsi qarşısında şiddətli partlayış törədilib, ölənlər var
Əfqanıstanın Qəndəhar əyalətinin Daman rayonunda polis idarəsi qarşısında şiddətli partlayış törədilib.
İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə Qəndəhar əyalətində yerli mənbələr məlumat veriblər.
Bildirilib ki, bu gün əyalətin Daman rayonunda polis idarəsi qarşısında içində bomba quraşdırılmış bir maşın partladılıb.
Hadisə nəticəsində dağıntıların və ölənlərin olduğu deyilir.
Hələ heç bir qrup o cümlədən Taliban bu hücumu öhdəsinə götürməyib.
Qeyd edək ki, Qətər paytaxtı Dohada aparılan Əfqanıstandaxili sülh danışıqları hələ nəticə verməyib.