İsraildə Netanyahu əleyhinə aksiyalar davam edir

İsraildə Netanyahu əleyhinə aksiyalar davam edir

İsraildə Netanyahu əleyhinə aksiyalar yenidən start götürüb.

Az.shafaqna.com TRT-yə istinadən xəbərinə görə,  İsrail polisi baş idarəsindən yayılan açıqlamada bildirilir ki, Netanyahunun Qərbi Qüdsdəki iqamətgahına yaxın məsafədə yerləşən Paris Meydanında aksiya keçirilib. İğtişaşlara və yolların bağlanmasına səbəb olan nümayişlərdə 27 aksiyaçı nəzarətə alınıb.

İsrail mətbuatında əks edən xəbərlərə görə aksiyalar zamanı Netanyahunun istefası tələb edilib. O korrupsiya və koronavirus (Kovid-19) epidemiyasını idarə edə bilməmək kimi cinayətlərlə ittiham edilir.

Qüds və paytaxt Təl-Əviv başda olmaqla ölkənin müxtəlif bölgələrində də aksiyalar keçirilir. Eləki minlərlə insanın qatıldığı nümayişlərə polis sərt müdaxilə edir.

Qeyd edək ki, Kovid-19 epidemiyasında ikinci dalğadan təsirlənən və işsizliyin getdikcə artdığı ölkədə, Netanyahunun “epidemiya prosesini düzgün idarə etməməsi” və haqqındakı korrupsiya iddiası səbəbindən istefası tələb edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 4 =