Çexiyanın keçmiş prezidenti maskanı səhv ​​taxdığı üçün cərimələnib – FOTO

Çexiyanın keçmiş prezidenti maskanı səhv ​​taxdığı üçün cərimələnib – FOTO

Çexiyanın keçmiş prezidenti Vatslav Klaus maskanı düzgün taxmadığı üçün 3000 kron (təxminən 233 manat) cərimələnib.

RBK-nın məlumatına görə, bu barədə Çex Televiziyası məlumat yayıb.

Bildirilir ki, Klaus Praqa mərkəzində “məxməri inqilabın” ildönümündə maskanı çənəsinə taxıb. Bunun fərqinə varan polislər eks-prezidentdən maskanı düzgün taxmasını istəyiblər, lakin o, bundan imtina edib. Buna görə sabiq prezident polis bölməsinə aparılıb və onunla bağlı protokol tərtib edilib.

Qeyd edək ki, Çex Respublikasının Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Roman Primula və ANO partiyası rəhbərinin keçmiş birinci müavini Yaroslav Faltynek də oxşar hadisəyə görə cərimələniblər. Oktyabr ayının sonunda onlar ölkədə tətbiq olunan fövqəladə rejim qaydalarına görə qapalı olan restorana gediblər. Bundan əlavə, hər iki siyasətçi müəssisədən çıxarkən maskasız olub. Buna görə Primula səhiyyə naziri vəzifəsindən uzaqlaşdırılıb, Faltynekin isə vəzifəsi aşağı salınıb.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 2 =