Diskoteka tikilməsinə etiraz edən Səudiyyə vətəndaşı həbs edilərək ağır cərimələrə məruz qalıb

Diskoteka tikilməsinə etiraz edən Səudiyyə vətəndaşı həbs edilərək ağır cərimələrə məruz qalıb

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Səudiyyə Ərəbistanı evinin yaxınlığında diskoteka tikilməsinə etiraz etdiyi üçün bir Səudiyyə vətəndaşını dörd il həbs cəzasına məhkum etdi və ağır cəza verdi.

Səudiyyə vətəndaşı, Ciddə limanının işçisi Hizam Əl-Əhməri fevral ayında bir video yayımladığı və Ciddədəki evinin yanında bir diskoteka tikilməsinə etiraz etdiyi üçün həbs olundu.

Bu videoda Əl-Əhməri evinin yerini və qeyd olunan diskotekanı göstərir və deyir: Bu, İbn Salmanın şəriətidir? Bu vəziyyətdə mən qızlarımı necə tərbiyə edib böyüdə bilərəm?

Səudiyyə rəsmiləri əvvəlcə Əl-Əhməarini dörd il həbs cəzasına məhkum və sonra onu 21300 dollar cərimə etdilər.

Məlumata görə, bir çox vəkil həbs olunmaq qorxusundan Hizam Əl-Əhməriyə vəkillik etməyi rədd etdi.

Keçən il Səudiyyə məmurları Səudiyyə Ərəbistanın mərkəzindəki Əl-Qusəym bölgəsində “Əyləncə heyəti”ni və Türki Aliş-Şeyxi öz Facebook səhifəsində tənqid edən 50 yaşlı bir qadını həbs etdilər.

Türki Aliş-Şeyx Səudiyyə Ərəbistanında qeyri-ürfi əyləncə proqramlarının təşkilatçısı və Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın sağ qoludur. Həmçinin, 2020-ci ilin əvvəlində Beynəlxalq Kart Oyunlarının keçiriləcəyini elan edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − ten =