Çin Hindistanla sərhəd bölgəsində ordunu gücləndirir

Çin Hindistanla sərhəd bölgəsində ordunu gücləndirir

Çin Hindistanla sərhəd bölgəsində gərginliyi artırır.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Çin Xalq Qurtuluş Ordusu (AHA) hərbi münaqişələr zamanı qoşunların döyüşə hazırlığını artırmaq üçün Hindistanla sərhəd boyunca hərbi şəhərciklər tikdirir. Mübahisəli zona boyunca 20 belə hərbi düşərgədə tikinti işləri aparılır.
Hindistan kəşfiyyatının verdiyi məlumata görə, bəhs olunan ərazidə raketlər üçün yeni bazalar qurulub. Həmçinin Hindistanın rabitə peyklərinin siqnallarını kəsmək üçün hazırlanmış bir elektron müharibə mərkəzinin da hazırlandığı deyilir. 
Qeyd edək ki, hazırda həmin bölgədə 60 min Çin əsgəri, ağır topçu, raket və tank alayı var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − one =