Səudiyyə Ərəbistanı koalisiyası Yəmənin beş əyalətinə 17 aviazərbə endirib
Səudiyyə Ərəbistanın hərbi koalisiyasının təyyarələri ötən gün ərzində Yəmənin paytaxtı Səna şəhərinə və rayonlarına, Mərib, Səda, əl-Hudeyda və əl-Couf əyalətlərinə 17 hava zərbəsi endirib.
SalamNews bu barədə Yəmənin əl-Məsira telekanalına istinadla məlumat verir.
Bildirilib ki, Səudiyyə Ərəbistanı koalisiyası Səna, Mərib, Səda, əl-Hudeyda və əl-Couf əyalətlərinə 17 hava zərbəsi endirib.
Husilər isə bunun cavabında ötən gecə Səudiyyə ərazisində PUA-larla zərbələr endirməyə çalışıblar.
Səudiyyə Ərəbistanın hərbi koalisiyasının mətbuat xidməti ötən gecə bir PUA-nın vurulduğunu bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb. BMT mənbələrinin məlumatına görə, bu müharibə və onunla bağlı səbəblərdən Yəməndə 230 min insan həyatını itirib.