İsrailin ölümcül silah istifadəsi sənədləşdirildi
Eastnews.org-un verdiyi xəbərə görə, İsrail qüvvələrinin fələstinlilərin nümayişlərinə müdaxilə edərkən ölümcül silahlardan istifadə edərək uşaqların ölümünə səbəb olduğu sənədləşdirilib.
Cenevrədə yerləşən Beynəlxalq Uşaq Müdafiə Hərəkatı İsrail qüvvələrinin “ölümcül Ruger” olaraq bilinən “22 Long Rifle” adlı bir silah istifadə etdiyini və ölən uşaqların bir qisminin bu silahla öldürüldüyünün sənədləşdirildiyini açıqlayıb.
Bu silahın son qurbanının 4 dekabrda işğal altındakı İordan çayının qərb sahilində həlak olan 13 yaşlı Fələstinli Əli Əbu Əliyya olduğu açıqlanıb.
Açıqlamada İsrailin sözügedən silahla əlaqəli “ölümcül deyil” iddialarının qeyri-real olduğu vurğulanıb.