ABŞ Nümayəndələr Palatası S-400-lərin alışıyla əlaqədar Türkiyəyə sanksiya tətbiq etmək istəyir

ABŞ Nümayəndələr Palatası S-400-lərin alışıyla əlaqədar Türkiyəyə sanksiya tətbiq etmək istəyir

Sizinyol xarici mediaya istinadən xəbər verir:

ABŞ Nümayəndələr Palatası çərşənbə axşamı Rusiyadan S-400 raket kompleksləri alması səbəbiylə Türkiyəyə qarşı sanksiyalara yol açacaq bir müdafiə layihəsi qəbul etdi.

740 milyard dollarlıq müdafiə layihəsi Nümayəndələr Palatasının 335 üzvünün səsini qazandı, yalnız 78-i buna qarşı çıxdı. Bu hesaba görə layihə parlamentdə üçdəiki səs çoxluğu qazandı. Bu da ABŞ Prezidentinin vetosuna qarşı çıxacaq bir məsələdir.

ABŞ Prezidenti Donald Tramp əvvəllər ABŞ Senatı tərəfindən təsdiqlənərsə qanun layihəsinə veto qoyacağını bildirmişdi. İndi Trampın veto hüququnun dayandırılması istənsə, layihə ayrıca Senat üzvlərinin üçdə ikisinin, yəni bu Palatanın əksəriyyətinin səsini almalıdır.

Senatın həftə sonuna qədər qanun layihəsinə səs verəcəyi gözlənilir.

Məlumata görə, qanun layihəsi qəbul edildiyi gündən 30 gün ərzində sanksiyaların tətbiq olunmasını tələb edir. Qanun layihəsi Türkiyənin S-400 müdafiə sistemini əldə etməsində bilə-bilə iştirak edən hər kəsə qarşı sanksiya tətbiq olunmasını tələb edir.

Qanun layihəsi, əlbəttə ki, ABŞ Prezidentinə bir ildən sonra sanksiyaları ləğv etmək səlahiyyətini də verir.

Türkiyənin Rusiyadan S-400 müdafiə sistemini satın almasının ardından, Vaşinqton Ankaranı F-35 qırıcı istehsalı proqramından kənarlaşdıracağını açıqladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 2 =