Sionist rejim Rusiya səfirini çağırdı

Sionist rejim Rusiya səfirini çağırdı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Sionist mənbələr Tel-Əvivin anti-sionist ifadələrdən sonra Rusiya səfirini çağırdığını bildirdi.

Sionist mənbələr bu gün (Çərşənbə) rejimin Xarici İşlər Nazirliyinin Tel-Əvivə qarşı söylədikləri ifadələrdən sonra Rusiya səfiri Anatoli Viktorovu çağırdığını bildirdi.

Rusiyanın işğal altındakı Fələstindəki səfirinin Sionist qəzet olan The Jerusalem Post-a verdiyi müsahibədə İrana qarşı sionist iddialarını rədd edərək bölgədəki problemlərə İranın deyil, bölgənin təhlükəsizliyini sarsıdan İsrailin səbəb olduğunu söyləməsindən sonra səfir çağırılıb.

Sputnik İsrail Xarici İşlər Nazirliyinə istinadən “Rusiya səfirinin Jerusalem Post-a verdiyi müsahibədə verdiyi açıqlamalar Yaxın Şərqdəki həqiqəti əks etdirmir.” – deyə bildirib.

Anatoli Viktorov açıqlamasında deyib: “İranın fəaliyyətləri bölgədə problem deyil. Problem bölgə ölkələrinin bir-birini başa düşməməsidir və digər bir problem də İsrail-Fələstin münaqişəsi və İsrail-Ərəb münaqişəsi ilə bağlı BMT qətnamələrinə sadiq qalmamaqdır.”

Rusiyanın işğal altındakı Fələstindəki səfiri, Jerusalem Post-a verdiyi müsahibədə Sionist rejimin İranın BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozması ilə bağlı iddialarını rədd etdiyini və buna inanmadığını bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 5 =