İran Milli Təhlükəsizlik Ali Şurasının katibi: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən məmnunuq”

İran Milli Təhlükəsizlik Ali Şurasının katibi: “Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən məmnunuq”

“İran Azərbaycan xalqı və dövlətinə inkişaf yolunda müvəffəqiyyətlər arzulayır”.

Az.shafaqna.com APA-ya istinadən xəbər verir ki, bunu İranın Ali rəhbərinin nümayəndəsi və İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şəmxani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O bildirib ki, İran işğal olunan Azərbaycan ərazilərinin azad edilməsindən məmnundur.

Tehran-Bakı münasibətlərinin maksimum səviyyəyə yüksəlməli olduğunu deyən Ə. Şəmxani ikitərəfli anlaşmaların icrası və birgə layihələrin başa çatdırılması üçün addımlar atılmasının və bununla yanaşı, müxtəlif sahələrdə yeni əməkdaşlıqlara başlanmasının zəruriliyini vurğulayıb.

O əlavə edib ki, İran azad olunan ərazilərin bərpa olunmasında iştirak etməkdə maraqlıdır.

Bayramov isə öz növbəsindəİranın Alirəhbərinin Qarabağ böhranı ilə bağlı tutduğu müdrik mövqeyə görə təşəkkür edib.

Azərbaycanın xarici işlər naziri hər iki ölkənin rəhbərlərinin Bakı və Tehran arasında əlaqələri möhkəmləndirmək və inkişaf etdirməkdə iradəli olduqlarını vurğulayıb.

“Azərbaycan müxtəlif sahələrdə İranla münasibətlərini inkişaf etdirməyə hazırdır”, – deyə C. Bayramov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 5 =