Lavrov: Qərb Rusiyanı günahlandırmaq üçün bəhanə axtarır

Lavrov: Qərb Rusiyanı günahlandırmaq üçün bəhanə axtarır

Rusiyanın xarici işlər naziri, Qərb ölkələrinin Rusiyanı digər ölkələrin daxili işlərinə müdaxilə etməkdə günahlandırmağa çalışdığını bildiribRusiyanın Tass xəbər agentliyinin məlumatına görə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiyanı digər ölkələrin daxili işlərinə müdaxilə etməkdə günahlandırmaq üçün bəhanələr axtardığını və rəsmi Moskvanın bu mövzu ilə bağlı hələ daha çox ittihamlara məruz qalacağını bildirib.

Lavrov “Russia Today”-a verdiyi müsahibəsində deyib: “İddia edirlər ki, biz geosiyasi mövqeyimizi möhkəmləndirmək və Qərbin məntəqədə mövqelərini gücləndirməsinə mane olmaq məqsədi ilə Belarusiya və Dağlıq Qarabağa müdaxilə etmişik. Guya bu bölgələrdə bölgü aparmaqla bağlı Türkiyə ilə razılığa gəlmişik. Bu yalnız Avropa və Amerikada olan analitiklərin zehninin məhsulu olan bir düşüncədir! Qərb yalnız bəhanə axtarmağa vaxt sərf etmir. Onlar həm də yoxdan bəhanə yaratmaq qabiliyyətinə malikdirlər.”

islamtimes.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − 9 =