Bin Ladenin müavini Britaniyada sərbəst yaşayır

Bin Ladenin müavini Britaniyada sərbəst yaşayır

Əl-Qaidə terror təşkilatının lideri Üsamə bin Ladenin baş köməkçisi və sağ əli sayılan Adil Əbdülbari ABŞ-da həbsxanadan çıxdıqdan sonra Böyük Britaniyada sərbəst yaşayır.

Deyerler.org xəbər verir ki, San (The Sun) qəzetinin məlumatınaa görə, koronavirus epidemiyası səbəbindən vaxtından əvvəl azadlığa buraxılan Bin Ladenin Avropadakı sözçüsü kimi tanınan 60 yaşlı Adil Əbdülbari, dünən (10 dekabr) Nyu-Cersidən Böyük Britaniyaya uçub.

Altı uşaq atası olan Adil Əbdülbarinin, oğlanlarından biri isə İŞİD üzvüdür. İndi Londonun şimal-qərbindəki Maidavalidə 1 milyonluq mənzildə yaşayan 59 yaşlı həyat yoldaşı Raqa ilə birgə yaşayır.

1997-ci ildə ona Britaniyada sığınacaq verilib və qanuni olaraq doğulub böyüdüyü Misirə qayıtmasına icazə verilməyib.

Bir təhlükəsizlik mənbəyi dünən gecə belə deyib: “Onun qayıtması daxili işlər naziri üçün böyük problem olaraq qalır. Ölkəni təhdidlərdən qurtarmaq niyyətindədir, amma məşhur bir terrorçu burada yaşayır”.

Əbdülbari 1991-ci ildə Misirdən Böyük Britaniyaya qaçıb. 1998-ci ildə ABŞ-ın Keniyadakı və Tanzaniyadakı səfirliklərində iki partlayış nəticəsində 224 nəfər həlak olub. Prokurorlar onun partlayışlara görə məsuliyyətli bilinən bir terror qruplaşmasının yüksək səviyyəli üzvü olduğunu söyləyiblər.

Nəhayət 2012-ci ildə ABŞ-a ekstradisiya edilb və 25 il həbs cəzasına məhkum edilib.

Vəkilləri Nyu-York məhkəməsində onun piylənməsinin amnistiyaya salınması üçün məcburi səbəb olduğunu söyləyib və hakim bununla razılaşmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + fourteen =