Yəməndə yenə mülki şəxslər hədəfə alındı
Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin Səada vilayətinə aviazərbələr endirib.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Hadisə zamanı mülki şəxslərin hədəf aldığı və ölənlərin də olduğu məlumatda vurğulanıb.
Yaralananların isə təcili tibbi yardımlarla xəstəxanalara aparıldıqları diqqətə çatdırılır.