Nikol Paşinyan barəsində cinayət işi başlanılıb
Ermənistanın Xüsusi İstintaq Xidməti baş nazir Nikol Paşinyana və bir qrup yüksək vəzifəliyə qarşı cinayət işi başlayıb.
İnterAz-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu Vahid Ermənistan Partiyasının sədri Artur Kazinyan feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistanda böyük qalmaqala səbəb olacaq həbslər gözlənilir.