Sionist rejim hərbiçiləri hücum etdi, onlarla fələstinli yaralandı
Sionist rejim hərbiçilərinin Qərbi Şəriyə bölgəsində hücumu nəticəsində onlarla fələstinli yaralanıb.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, ötən gün işğalçı rejim qüvvələri Tulkaram bölgəsinin şərqində Bala şəhəriciyində fələstinlilərə məxsus evlərə hücum edib.
İşğalçı qüvvələr evlərin əşyalarını dağıdıb və 7 fələstinlini həbs edib. Çox sayda fələstinli də yaralanıb.
Nablos şəhərində də iki fələstinli saxlanılıb.
Həmçinin işğalçı rejim qüvvələri ötən gün Nablusun şimalındakı “Sabstieh” qəsəbəsinə hücum edib, hücum zamanı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edilib. Bir neçə fələstinli yaralanıb.
Sionist rejim qüvvələri yeni yəhudi şəhərcikləri tikmək məqsədilə Fələstinin işğal olunmuş ərazində müxtəlif bölgələrdə fələstinlilərə məxsus evləri dağıdır, onları boş bəhanələrlə həbs edir və ya yaralayır.