İraqın baş naziri Türkiyəyə rəsmi səfərə gedir

İraqın baş naziri Türkiyəyə rəsmi səfərə gedir

İraqın baş naziri Mustafa əl-Kazimi gələn həftə Türkiyəyə rəsmi səfərə gedəcək.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İraqın Türkiyədəki səfiri Həsən əl-Cənabi açıqlama verib.

Bildirilib ki, İraqın baş naziri Mustafa əl-Kazimi gələn həftə rəhbərlik etdiyi nümayəndə heyətilə birgə Ankaraya rəsmi səfərə yollanacaq.

Qeyd edək ki, Türkiyənin İraqın şimalında PKK-a qarşı vaxtaşırı hava zərbələri endirməsi, İraqdan keçən Dəclə çayının Türkiyədən olan hissəsində bir sıra su barajlarının tikintisi və istismarı və digər məsələlər iki ölkənin arasında mövcud olan fikri ayrılıqlarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − one =